Bank Of Baku

Tahir Süleymanov: “Azərbaycanda müstəqillik dövründə çox güclü vətəndaş cəmiyyəti formalaşıb”

 Tahir Süleymanov: “Azərbaycanda müstəqillik dövründə çox güclü vətəndaş cəmiyyəti formalaşıb”
# 28 noyabr 2012 09:32 (UTC +04:00)

 

 

Bakı. Könül Kamilqızı – APA. “Azərbaycanda müstəqillik dövründə çox güclü vətəndaş cəmiyyəti formalaşıb”. APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdir müavini Tahir Süleymanov Bakıda keçirilən “Gənclər təşkilatlarının IV respublika sərgisi”nin açılış mərasimində deyib. O bildirib ki, Azərbaycanda dövlət və özəl sektorla yanaşı, qeyri-hökumət təşkilatlarından ibarət olan üçüncü sektor da fəaliyyət göstərir. PA rəsmisinin sözlərinə görə, bu gün Ədliyyə Nazirliyində 2800-dən çox QHT qeydiyyata alınıb: “Onların təxminən 200-ü gənclər təşkilatlarıdır. Amma tam inamla deyə bilərəm ki, bu gün ölkədə fəaliyyət göstərən gənclər təşkilatları QHT-lərin ən fəal və dinamik hissəsini təşkil edir. Bu da onunla bağlıdır ki, gənclik özü-özlüyündə enerjili və təşəbbüskar bir qüvvədir. Həmçinin, Gənclər və İdman Nazirliyi 1994-cü ildən bu günə kimi gənclər təşkilatlarına hərtərəfli mənəvi və maliyyə dəstəyi göstərib. Bütün bu diqqət və qayğı həmin təşkilatların inkişafına səbəb olub”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR