Bakı. Gülnar Bəşirova - APA. Təhsil Nazirliyi Azərbaycanda distant təhsilalma formasının tətbiq edilməməsinin səbəbini açıqlayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təhsilalma formalarından biri də distant təhsildir, lakin tədrisin distant formada icra mexanizmi olmadığından respublikanın ali təhsil müəssisələrində bu forma tətbiq edilmir: “Amma “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 10.5-ci maddəsində distant təhsilalma forması üçün müvafiq təhsil proqramının tətbiq edilməsi tələbi nəzərdə tutulub. Bununla əlaqədar hazırda müvafiq icra mexanizmi təsdiq edilmədiyindən, distant təhsilalma formasında xarici ali təhsil müəssisələrinin məzunlarının diplomlarının ölkə ərazisində tanınması (nostrifikasiya) həyata keçirilmir. Bu sahədə müvafiq normativ-hüquqi akt qüvvəyə mindikdən sonra qeyd edilən məsələyə baxılacaq”.