Bank Of Baku

ABŞ Enerji departamentinin əməkdaşları Azərbaycanda səfərdədir - FOTO

ABŞ Enerji departamentinin əməkdaşları Azərbaycanda səfərdədir - <span style="color: red;">FOTO
# 27 avqust 2013 12:16 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. ABŞ Enerji departamentinin Livermol Beynəlxalq Laboratoriyasının əməkdaşları Rengin Gök və Robert Mellors Azərbaycanda səfərdədir. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzi mətbuat xidmətindən (RSXM) APA-ya verilən xəbərə görə, amerikalı alimlər səfərləri çərçivəsində AMEA RSXM-nin Monitorinq Mərkəzində olublar. AMEA RSXM-in Baş direktoru, geologiya-minerologiya elmlər doktoru Qurban Yetirmişli qonaqlara mərkəzdə görülən işlər barəsində məlumat verib. Həmçinin qonaqlar Monitorinq Mərkəzinin işi ilə yaxından tanış olublar.

 

RSXM-in "Zəlzələ ocaqlarının dinamikası və kinematikası" şöbəsinin müdiri, geologiya-minerologiya üzrə fəlsəfə doktoru Səbinə Kazımova Azərbaycan ərazisində baş verən zəlzələlərin müasir üsullarla öyrənilməsinə dair təqdimat edib. Daha sonra qonaqlar tərəflər arasında əlaqələrin daha da genişləndirilməsi və müştərək layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi aparıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR