Bu açıqlamanı APA-ya AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov verib.
Onun sözlərinə görə, stansiyanı qəbul edən komissiyalar tərəfindən ərazinin ekoloji durumu da tədqiq olunacaq: “Güman edirəm ki, stansiyanın təhvil-təslimi tam başa çatandan sonra bu ərazi dövlət qurumları üçün açıq olacaq. Bizi heç vaxt bu əraziyə buraxmayıblar. Yəqin ki, Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirlikləri Qəbələ RLS-in ərazisini tədqiq edəcəklər. Radiasiya Problemləri İnstitutu da bu prosesə qoşulmağa hazırdır. Çünki Azərbaycanda radiasiyanın ölçülməsi üzrə əsas analizlər məhz bizim institutda aparılır”.