Bank Of Baku

Ali məktəblərə müsabiqədənkənar qəbul olunmaq üçün 65 abituriyent TQDK-ya müraciət edib

Ali məktəblərə müsabiqədənkənar qəbul olunmaq üçün 65 abituriyent TQDK-ya müraciət edib
# 21 may 2013 08:51 (UTC +04:00)

APA-nın xəbərinə görə, TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında qeyd edib ki, onlardan 61-i idman müsabiqəsinin qalibləri, 3 nəfər beynəlxalq fənn olimpiadasının qalibi (2-si riyaziyyat, 1-i isə kimya fənni üzrə), 1 nəfər isə beynəlxalq musiqi festivalının qalibidir: “Hazırda onların ərizələri araşdırılır. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.5-ci maddəsinə əsasən, dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Bununla bağlı, bu kateqoriyadan olan abituriyentlər lazımi sənədləri 1 – 21 may tarixlərində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına və ya TQDK-nın regional bölməsinə (Naxçıvan, Gəncə, Quba, Lənkəran, Şəki, Göyçay, Şirvan, Ağcabədi) təqdim etməlidirlər. Bu gün də onlar üçün ayrılan vaxt başa çatır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR