Bank Of Baku

Ali məktəblərin bakalavriat səviyyəsinə dövlət sifarişi əsasında tələbə qəbulu planı yerlərinin sayı artırılıb

Ali məktəblərin bakalavriat səviyyəsinə dövlət sifarişi əsasında tələbə qəbulu planı yerlərinin sayı artırılıb
# 29 may 2013 08:39 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Təhsil Nazirliyi 2013-2014-cü illərdə dövlət sifarişinə əsasən qəbul planında nəzərdə tutulan dəyişikliyi aydınlıq gətirib.

 

APA-nın Təhsil Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, ali məktəblərin bakalavriat səviyyəsinə dövlət sifarişi əsasında tələbə qəbulu planında yerlərin sayı artırılıb.

 

Azərbaycanın ali təhsil müəssisələrinin, o cümlədən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının bakalavriat səviyyəsinə dövlət sifarişi əsasında tələbə qəbulu planı 2012/2013-cü tədris ilində 10 906 yer idisə, 2013-2014-cü tədris ilində 11 287 yer nəzərdə tutulub.

 

Təhsil Nazirliyinin tabeliyində olan ali məktəblərin bakalavriat və magistratura səviyyəsindən respublika üzrə neçə nəfər məzun ola bilməməsi ilə bağlı məsələyə gəlincə, qeyd olunub ki, 2011/2012-ci tədris ilində Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrinin bakalavriat səviyyəsini bitirməli olan 21 872 tələbədən 20 768-i (95%) müvəffəq qiymət alıb. Onlardan 18 030-u əyani, 3 842-si qiyabi şöbənin tələbələri olub.

 

Magistratura səviyyəsini bitirməli olan 3 283 tələbədən 3 130-u (95,3%) təhsillərinin müvəffəqiyyətlə başa vurub. Onlardan 2 208-i əyani, 922-si qiyabi şöbənin tələbələri olub. Hazırda respublika üzrə ali təhsil müəssisələrində dövlət hesabına 51 737 nəfər tələbə təhsil alır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR