Bank Of Baku

Ali məktəblərin IV ixtisas qrupunun bəzi ixtisasları üzrə müsabiqə şərti dəyişib

Ali məktəblərin IV ixtisas qrupunun bəzi ixtisasları üzrə müsabiqə şərti dəyişib
# 31 iyul 2013 10:19 (UTC +04:00)

Bakı. Könül Kamliqızı- APA. Ali məktəblərin IV ixtisas qrupunun bəzi ixtisasları üzrə müsabiqə şərti dəyişib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Komissiya tərəfindən IV ixtisas qrupu üzrə müsabiqə şərtini ödəmiş abituriyentlərə müraciət olunub. Dəyişikliklərə əsasən, “Torpaqşünaslıq və aqrokimya”, “Aqronomluq”, “Zootexniklik”, “Balıqçılıq və balıqçılıq təsərrüfatı işi”, “Meşəçilik”, “Baytarlıq”, “Ekologiya”, “Su bioehtiyatları və akvabitkilər” ixtisaslarının həm dövlət sifarişi üzrə, həm də ödənişli əsaslarla ayrılmış yerlərinin ixtisas seçimində ümumi balı 150-dən az olmayan abituriyentlər iştirak edə bilərlər. Fənlər üzrə cavablara nisbi bal məhdudiyyəti tətbiq olunmur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR