Bank Of Baku

Ali təhsil müəssisələrinin tələbələrinə verilən təqaüdlərin məbləği açıqlanıb

Ali təhsil müəssisələrinin tələbələrinə verilən təqaüdlərin məbləği açıqlanıb
# 29 may 2013 08:32 (UTC +04:00)

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, nazirliyinin birbaşa tabeliyində olan ali təhsil müəssisələrinin IV kursunda dövlət hesabına təhsil alan tələbələrin 2013-cü il üçün təqaüd xərci 2,675,944 manat təşkil edir. Ali təhsil müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləği Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına uyğun tənzimlənir. Hazırda ali təhsil müəssisələrinin tələbələrinə təqaüdlər müəyyən məbləğlərdə ödənilir. Belə ki, magistratura səviyyəsi üzrə əla qiymətlərlə oxuyan tələbələrə 93,50 manat, əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə  77,00 manat, yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə 49,50 manat, Bakalavriat səviyyəsi üzrə isə əla qiymətlərlə oxuyan tələbələrə 88,00 manat, - əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə 71,50 manat, yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə  44,00 manat məbləğində təqaüd verilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR