Bank Of Baku

Almaniya universitetinin nümayəndə heyəti Bakı Ali Neft Məktəbində olub - FOTO

Almaniya universitetinin nümayəndə heyəti Bakı Ali Neft Məktəbində olub - <span style="color: red;">FOTO
# 19 sentyabr 2013 09:20 (UTC +04:00)

Bakı-APA. Azərbaycanda səfərdə olan Almaniyanın Eichstatt-İngolstadt Katolik Universitetinin  bir qrup nümayəndəsi ilə Bakı Ali Neft Məktəbində (BANM) görüş keçirilib. Məktəbdən APA-ya verilən məlumata görə, BANM rektoru  Elmar Qasımov ali məktəbin qısa zaman çərçivəsində əldə etdiyi uğurlar, gələcək planları haqqında qonaqlara ətraflı məlumat verib. E. Qasımov bildirib ki, Avropa təhsil sisteminin tələblərinə  uyğun yaradılmış BANM-nin önəm verdiyi əsas məsələlərdən biri də  Avropanın  aparıcı təhsil mərkəzləri ilə əlaqələrin qurulmasıdır. Rektor vurğulayıb ki, Almaniyanın mühəndislik sahəsində fəaliyyət göstərən universitetləri ilə də əməkdaşlıq etmək ali məktəb üçün önəmlidir.

 

Azərbaycana dəvət olunduqlarından məmnunluğunu ifadə edən Almaniyanın Eichstatt-İngolstadt Katolik Universitetindən gələn nümayəndə heyətinin rəhbəri Harald Peklaner qeyd edib ki,  fəaliyyət göstərdiyi  universitet tədqiqat, peşə hazırlığı və davamlı təhsildən  başqa maraq  göstərən şirkətlərə konsultant layihələri, tədqiqat, praktik seminarlar və mühazirələr şəklində əməkdaşlıq edir. O gələcəkdə  BANM ilə müxtəlif sahələrdə əməkdaşlıq etməyə hazır olduqlarını bildirib. Tədbir çərçivəsində BANM və Eichstatt-İngolstadt Katolik Universitetinin tələbələri arasında  beynəlxalq tələbə mübadiləsi,  uğurlu karyera seçimi  və inkişafı yolları, tələbə həyatı, mühəndislik peşəsi kimi mövzularda fikir mübadiləsi aparılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR