Bank Of Baku

AMEA-da doktoranturaya boş qalan 14 yer ləğv olunub

AMEA-da doktoranturaya boş qalan 14 yer ləğv olunub
# 29 dekabr 2012 15:15 (UTC +04:00)

 Bunu APA-ya AMEA-nın Rəyasət Heyətinin (RH) elmi katibi Sərxan Abbasoğlu bildirib.

 

Onun sözlərinə görə,  doktoranturaya qəbul imtahanlarında boş qalan 14 yer istifadəsiz yerlər kimi ləğv olunub: “Həmin yerlərin 2013-2014-cü ilə keçirilmə mexanizmi olmadığından həmin yerlər ləğv olunmuş hesab olunur”.

 

S. Abbasoğlu deyib ki, bu gün Rəyasət Heyətində doktoranturaya qəbul imtahanları ilə əlaqədar RH-nin iclaslarında üzrlü səbəbdən iştirak edə bilməyən şəxslərin müraciətlərinə də baxıb. Onlardan 2 nəfərin xaricdə elmi ezamiyyətdə olması əsas gətirilərək həmin şəxslərin doktoranturaya qəbul imtahanlarının nəticələri sonra təsdiq olunacaq.

 

İclasda AMEA Fəlsəfə, Sosiologiya və Hüquq, Tarix və İqtisadiyyat İnstitutları üzrə 6 şəxsin də müraciətinə baxılıb. Onların RH iclaslarına gəlməmələri üçün üzrlü səbəb olduğu, ballarının yüksək olması, movzularının elmi baxımdan aktuallığı nəzərə alınaraq doktoranturaya qəbul olunmaqları təsdiq olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR