Bank Of Baku

AMEA-nın nizamnaməsi yenidən hazırlanacaq

AMEA-nın nizamnaməsi yenidən hazırlanacaq
# 13 sentyabr 2013 10:21 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nizamnaməsi yenidən hazırlanacaq. Bu barədə APA-ya açıqlamasında AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli məlumat verib. O bildirib ki, akademiyanın prezidenti Akif Əlizadənin təşəbbüsü ilə AMEA-nın Rəyasət Heyəti yeni tarixi mərhələdə akademiyanın nizamnaməsinin yenidən hazırlanması haqqında qərar qəbul edib. İ.Həbibbəylinin sözlərinə görə, bu günlərdə akademiyanın Rəyasət Heyətində nizamnaməni yenidən hazırlayacaq komissiyanın tərkibi təsdiq olunacaq: “Komissiyaya tapşırılacaq ki, akademiyanın nizamnaməsini yenidən işləyib müzakirə üçün akademiyanın rəhbərliyinə təqdim etsin. Yəqin ki, bu ilin sonuna kimi akademiyanın yeni nizamnaməsinin yekun layihəsi hazırlanacaq”.

 

İ.Həbibbəyli qeyd edib ki, yeni nizamnamə indiki mərhələdə AMEA-nın inkişaf istiqamətlərini və fəaliyyətini nizamlayacaq yeni bir sənəd olacaq. Keçmiş nizamnamədə daha çox mərkəzləşmiş qaydada akademiyanın idarə olunmasının prinsiplərinin öz əksini tapdığını deyən vitse-prezidentin fikrincə, bunlar keçmiş sovetlər dövründən qalmış ənənələr və meyllər idi: “Yeni nizamnamədə də sovetlər dövründən qalmış və bu gün AMEA-nın inkişaf prosesində müəyyən maneçiliklərə səbəb olan, süni bürokratiya yaratmağa gətirib çıxaran maneələrin aradan qaldırılması nəzərdə tutulur. Sənəddə akademiya strukturlarının yeni dövrdə fəaliyyət istiqamətləri, əhatə dairəsi, səlahiyyət məsələləri öz əksini tapacaq. Yeni nizamnamə akademiyanın bütün strukturlarının hüquqlarını və vəzifələrini yeni dövrün prinsiplərinə əsasən müəyyənləşdirəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR