Bank Of Baku

AMEA Əlyazmalar İnstitutu şair Əhmədi Təbrizinin «Yusif və Züleyxa» poe­ma­sının surətini əldə edib

AMEA Əlyazmalar İnstitutu şair Əhmədi Təbrizinin «Yusif və Züleyxa» poe­ma­sının surətini əldə edib
# 13 fevral 2013 13:53 (UTC +04:00)

İnstitutdan APA-ya verilən xəbərə görə, indiyədək Əhmədi Təbrizinin 1479-cu ildə yazılmış «Əs­rarnamə» adlı əsəri məlum idi. Hər iki əsəri müəllif Ağqoyunlu hökmdarı Sultan Yəqu­bun (1478-1490) dövründə əmirül-üməra olan Xəlilullaha təqdim edib.

 

Əhmədi Təbrizi qeyd edib ki, Xəlilullahın sifarişi ilə 4035 beytdən ibarət bu əsəri Təbrizdə 57 günə yazıb. Poemanın Mərmərə Universiteti Fənn-ədəbiyyat fakültəsinin kitabxanasında saxlanan 102 vərəqlik nüsxəsi cəmi 2990 beytdən ibarətdir. Əsərin içindən bir çox vərəqlərin düşdüyü müşahidə olunur. Cələcəkdə poemanın mükəmməl nüsxəsi aşkar edilərsə, ehtimal ki, müəllif haqqında daha geniş məlumat əldə etmək mümkün olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR