Bank Of Baku

AMEA Fizika İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurası təsis olunub

AMEA Fizika İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurası təsis olunub
# 15 noyabr 2013 10:15 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təsis yığıncağı keçirilib.

 

İnstitutun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclası giriş sözü ilə açan Fizika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru Nazim Məmmədov institutda 35 yaşına qədər 140 gənc alim və mütəxəssisin çalışdığını bildirib.

 

N.Məmmədov gənc alimlərin elmi fəaliyyətindən, AMEA-nın prezidenti akademik Akif Əlizadənin onlara göstərdiyi diqqət və qayğıdan, həmçinin gənclərin beynəlxalq layihə və tədbirlərdə iştirakından, bu günlərdə institutda qonaq olmuş Nobel mükafatçıları ilə  görüşdən bəhs edib.

 

Tədbirdə institutun İnnovasiya sektorunun böyük elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Suma Hüseynova Gənc Alim və Mütəxəssislər Şurasının sədri seçilib. Sonra S.Hüseynova tərəfindən şuraya üzvlərin adları təqdim olunub və 9 nəfərdən ibarət üzv qəbul edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR