Bank Of Baku

AMEA ilə Türkiyənin Əskişəhər Anadolu Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb - FOTO

AMEA ilə Türkiyənin Əskişəhər Anadolu Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb - <span style="color: red;">FOTO
# 22 may 2013 10:05 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Türkiyənin Əskişəhər Anadolu Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. APA-nın xəbərinə görə, sənədi AMEA-nın prezidenti Akif Əlizadə  və Anadolu Universitetinin rektoru Davud Aydın imzalayıb.

 

Beş illik müqavilədə AMEA Anadolu Universitetində yaradılmış Heydər Əliyev Mərkəzi ilə birlikdə tarix, ədəbiyyat, dilçilik, incəsənət, iqtisadiyyat, arxeologiya və etnoqrafiya sahələri üzrə birgə elmi-tədqiqat işləri aparmaq vəzifəsini öz üzərinə götürür. AMEA-da çalışan görkəmli alimlər Anadolu Universitetinin tələbələri üçün İnformasiya Texnologiyaları İnstitutunun vasitəsilə video dərslər keçəcək.

 

Türkiyə tərəfi isə AMEA ilə birlikdə ortaq simpozium və seminarlar keçirmək, Azərbaycan alimlərini universitetdə təşkil olunan elmi tədbirlərə dəvət etmək, AMEA-nın Tarix, Ədəbiyyat, Dilçilik, İncəsənət və İqtisadiyyat institutları ilə birlikdə araşdırmalar aparmaq və ekspedisiyalar təşkil etmək vəzifəsini öz üzərinə götürür. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR