Bank Of Baku

AMEA Salyan şəhərinin 2800 illiyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı təklif verib

AMEA Salyan şəhərinin 2800 illiyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı təklif verib
# 20 may 2013 15:29 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Salyan şəhərinin 2800 illiyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı təklif verilib. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Salyan arxeoloji ekspedisiyasının rəhbəri Arif Məmmədov məlumat verib. O bildirib ki, bununla bağlı AMEA Humanitar və İctimai Elmlər Bölməsinin iclasında qərar qəbul olunub: “Salyan tarixdə “Muğan mədəniiyəti” adlanan mədəniyyətin mərkəzidir. Bu mədəniyyətə aid bütün nümunələr Salyandan başqa ərazilərə yayılıb. Salyanın bir hisssəsi - I Bəndəvan, II Bəndəvan yaşayış yerləri Xəzər dənizinin altında qalıb. Şəhərin bir hissəsini uzun müddət Kür çayının daşqınları yuyub aparıb. Babazanlıda isə vaxtaşırı vulkanlar püskürüb. Ona görə də Salyanın strateji əhəmiyyəti, cənub yollarında bir qapı olması nəzərə alınaraq belə bir qərar verilib”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR