Bank Of Baku

AMEA vite-prezidenti Humbolt Universitetinin “Azərbaycan tarixi” kafedrasının müdiri ilə görüşüb

AMEA vite-prezidenti Humbolt Universitetinin “Azərbaycan tarixi” kafedrasının müdiri ilə görüşüb
# 05 sentyabr 2013 07:03 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli Almaniyanın Humbolt Universitetinin “Azərbaycan tarixi” kafedrasının müdiri, professor Yeva Mariya Auxla görüşüb.

 

AMEA-dan APA-ya verilən məlumata görə, görüş zamanı ictimai və humanitar elmlər sahəsində qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.

 

İ. Həbibbəyli Azərbaycan-Almaniya  elmi əlaqələrinin mövcud vəziyyəti və qarşıda duran vəzifələrdən bəhs edib. Almaniyadakı Azərbaycan mühacirət ədəbiyyatının toplanması, nəşri və tədqiqi sahəsində birgə əməkdaşlığın əhəmiyyəti nəzərə çatdırılıb.

 

Humbolt Universitetində fəaliyyət göstərən “Azərbaycan tarixi” kafedrasının Azərbaycanşünaslıq mərkəzi funksiyasını yerinə yetirməsi istiqamətində aparılacaq işlər diqqət mərkəzinə  çəkilib. Humbolt Universitetində hazırlanması nəzərdə tutulan Qarabağ tanıma kitabının  yazılması üçün  Azərbaycan alimlərinin  iştirakı və zəruri ədəbiyyatların çatdırılması məsələləri də  görüşün əsas müzakirə obyektinə çevrilib.

 

Humbolt Universitetinin “Azərbaycan tarixi” kafedrasının müdiri, professor Yeva Mariya Aux rəhbərlik etdiyi kafedranın  həyata keçirdiyi  tədbirlər və  perspektiv iş planları haqqında geniş məlumat verib və Azərbaycan alimləri ilə əlaqələrə böyük önəm  verdiklərini  vurğulayıb.

 

Humbolt Universitetinin  “Azərbaycan tarixi” kafedrasına Azərbaycanın tarixi, ədəbiyyatı və mədəniyyətinə dair kitablar bağışlanıb.

 

Görüşdə Nizami adına Ədəbiyyat İnstitutu ilə  Humbolt Universitetinin “Azərbaycan tarixi” kafedrası arasında qarşılıqlı əlaqələrə dair  müqavilə imzalanması haqqında ilkin razılıq əldə olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR