Bank Of Baku

AMEA yeni kadr təyinatı olub

AMEA yeni kadr təyinatı olub
# 03 mart 2014 09:10 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İşlər İdarəsinin müdir müavini təsdiq olunub.

 

AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, son zamanlar AMEA-nın İşlər İdarəsi tərəfindən həyata keçirilən bir sıra işlər, AMEA-nın balansında olan daşınmaz əmlakın uçotu və sənədləşdirilməsi, elmi işçilərin soial-məişət məsələlərinin həlli ümumilikdə idarənin işinin artmasına səbəb olub. Bununla əlaqədar olaraq, AMEA Rəyasət Heyətinin sərəncamı ilə AMEA Rəyasət Heyəti Mərkəzi aparatının ştat cədvəlinə bir ştat vahidi – AMEA İşlər idarəsinin müdir müavini vəzifəsi əlavə edilib.

 

AMEA Rəyasət Heyətinin qərarı ilə İşlər İdarəsinin baş mütəxəssisi Sərdar Əli oğlu Əliyev idarənin müdir müavini vəzifəsinə təsdiq olunub. S.Əliyev 2 fevral 1955-ci ildə anadan olub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR