Bank Of Baku

Amnistiya Penitensiar Xidmətin tabeliyində olan cəzaçəkmə müəssisələri üzrə daha 150 məhkuma şamil edilib

Amnistiya Penitensiar Xidmətin tabeliyində olan cəzaçəkmə müəssisələri üzrə daha 150 məhkuma şamil edilib
# 23 may 2013 16:00 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Milli Məclisin 7 may 2013-cü il tarixli Amnistiya Qərarının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin cəzaçəkmə müəssisələri üzrə icrası davam edir.

 

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Amnistiya Qərarı Penitensiar Xidmətin tabeliyində olan cəzaçəkmə müəssisələri üzrə daha 150 nəfər məhkuma şamil edilib.

 
Qəbul olunmuş qərarlar əsasında bu günədək Amnistiya Qərarı cəzaçəkmə müəssisələrində saxlanılan 642 nəfər məhkuma tətbiq edilib.


Amnistiya Qərarının icrası Penitensiar Xidmət üzrə təşkil edilmiş Komissiyanın, ədliyyə naziri yanında fəaliyyət göstərən İctimai Komitənin, digər dövlət və qeyri-hökumət təşkilatı nümayəndələrinin və eləcə də vətəndaş cəmiyyəti üzvlərinin iştirakı ilə həyata keçirilir.


Tədbirlərin KİV-də işıqlandırılması təmin edilib. Amnistiya Qərarının icrası davam edir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR