Bank Of Baku

Azad Rəhimov: “Gənclərə Prezident Mükafatının verilməsi ilə bağlı qərar yaxın günlərdə veriləcək”

Azad Rəhimov: “Gənclərə Prezident Mükafatının verilməsi ilə bağlı qərar yaxın günlərdə veriləcək”
# 21 may 2013 10:46 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva - APA. Gənc alimlərin elektron məlumat bazası artıq formalaşıb. APA-nın xəbərinə görə, bunu gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, müxtəlif elmi təşkilatlardan alınan məlumatlar yekunlaşmaq üzrədir. Baza qısa müddət ərzində elmi ictimaiyyətə təqdim olunacaq.

 

Nazir həmçinin deyib ki, istedadlı gənclər üçün prezident mükafatının verilməsi ilə bağlı qərar yaxın günlərdə veriləcək.

 

Qeyd edək ki, gənclərin stimullaşdırılması üçün təsis edilən Prezident Mükafatının məbləği 10 min manat təşkil edəcək. Mükafatın verilməsi “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR