Bank Of Baku

Azad Rəhimov Sabirabadda vətəndaşları qəbul edib - FOTO

Azad Rəhimov Sabirabadda vətəndaşları qəbul edib - <span style="color: red;">FOTO
# 28 yanvar 2014 10:31 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova – APA. Gənclər və idman naziri Azad Rəhimov bu gün Sabirabad, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonları və Şirvan şəhərindən olan vətəndaşları qəbul edib.

 

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Yeni Azərbaycan Partiyası Sabirabad rayon şöbəsinin inzibati binasında keçirilən qəbulda 40-dək vətəndaş iştirak edib. 

 

20-dən artıq müraciət Olimpiya İdman Komplekslərinin, idman zallarının tikintisi və təmiri, stadionların və idman qurğularının idman avadanlıqları ilə təchiz edilməsi, fəxri adların verilməsi və digər mövzularla bağlı olub.

 

Gənclər mərkəzlərinin tikintisi və təmiri, ipoteka kreditlərinin verilməsi, sahibkarlara güzəştli kreditlərin verilməsi, gənclərin qeyri-hökumət  təşkilatlarının yaradılması istiqamətində 15-dən artıq müraciət daxil olub.

 

Digər müraciətlər isə işlə təminat və şəxsi məsələlərlə bağlı olub. 

 

Bəzi məsələlər yerində həllini tapıb, araşdırılması tələb edən məsələlər isə nəzarətə götürülüb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR