Bakı. Ramil Məmmədli - APA. “Bundan sonra layihələri elektron variantda qəbul edəcəyik”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib. O bildirib ki, şura QHT-lərin işinin asanlaşdırılması üçün şura yeni formada layihə və sənəd qəbuluna başlayıb: “İnternet vasitəsilə layihələrin qəbulu prinsipini tətbiqi etmişik. Bundan sonra şuraya kağız variantında hər hansı layihə təqdim olunmayacaq. Bütün layihələr və təkliflər elektron formada qəbul ediləcək”.