Bank Of Baku

Azərbaycan alimlərinin hazırladığı xüsusi metodla sel hadisələrinin baş vermə ehtimalını öyrənmək mümkün olacaq

Azərbaycan alimlərinin hazırladığı xüsusi metodla sel hadisələrinin baş vermə ehtimalını öyrənmək mümkün olacaq
# 02 sentyabr 2013 12:25 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu il 3-5 oktyabrda Ukrayna Milli Elmlər Akademiyasının (UMEA) Coğrafiya İnstitutunda gənc alimlər üçün “Regionların inkişafında müasir problemlərin həlli istiqamətində coğrafiyanın potensial imkanları” beynəlxalq konfransı keçiriləcək.

 

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun bir qrup alimi məruzələrlə çıxış edəcək.

 

Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin əməkdaşları, coğrafiya üzrə fəlsəfə doktorları Sitarə Tarixazər, Zernura Həmidova və Samirə Ələkbərova Ukrayna institutunun direktoru, akademik Leonid Rudenkodan dəvət alıblar. Gənc alimlər dağ geokomplekslərində geodinamiki-aktiv sel hadisələrinin qiymətləndirilməsindən danışacaqlar. Belə ki, Şəki-Zaqatala zonası dünyada ən təhlükəli sel zonaları hesab edilir. Bunu nəzərə alan AMEA Coğrafiya İnstitutunun alimləri xüsusi metod işləyib hazırlayıblar. O, hidrometeorologiyada tətbiq edilərsə, sel hadisələrinin baş vermə ehtimalını öyrənmək mümkün olar. Konfransda məqsəd regionda baş verən təhlükəli geodinamik təbiət hadisələri ilə bağlı elmi təcrübə mübadiləsini və biliyi genişləndirmək, bu istiqamətdə gənc alimlərin potensialından yararlanmaqdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR