Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Firudin Nəbiyevin başçılıq etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edib. Bu barədə APA Türkiyə mətbuatına istinadən məlumat verib.
Səfər çərçivəsində F.Nəbiyevin başçılıq etdiyi nümayəndə heyəti Türkiyənin əmək və sosial müdafiə naziri Faruk Çelik tərəfindən qəbul edilib.
Görüş mətbuatın iştirakı olmadan keçirilib.