Bank Of Baku

Azərbaycan ərazisində havanın temperaturu yüksələcək

Azərbaycan ərazisində havanın temperaturu yüksələcək
# 27 noyabr 2012 10:48 (UTC +04:00)

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN)  Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında noyabrın 28-də hava şəraitinin gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində az çiskinli olacağı ehtimalı var.

Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-9, gündüz 9-14 dərəcə isti təşkil edəcək.

 
Azərbaycanın rayonlarında noyabrın 28-də hava şəraiti əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman, gecə və səhər ayrı-ayrı rayonlarda çiskin olacaq. Havanın temperaturu gecə 3-7, gündüz 10-15, dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR