Bank Of Baku

Azərbaycan ərazisində qar yağacaq, bəzi yerlərdə yollar buz bağlayacaq - VİDEO

Azərbaycan ərazisində qar yağacaq, bəzi yerlərdə yollar buz bağlayacaq - <span style="color: red;">VİDEO
# 28 yanvar 2014 10:23 (UTC +04:00)

Şimal küləyi güclənəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə və gündüz 2-4 dərəcə isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında yanvarın 29-da hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq. Şimal küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 13-18 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək.

 

Yanvar ayının son günlərində ölkə ərazisində arabir yağıntılı hava şəraitinin davam edəcəyi, yanvarın 29-da bəzi dağlıq və dağətəyi rayonlarda, 30-31-də isə əksər rayonlarda qar yağacağı gözlənilir.

 

Yanvarın 29-da Bakı və Abşeron yarımadasında arabir yağıntılı olacağı, 30-31-də qar yağacağı gözlənilir. Havanın temperaturu gecə və gündüz 2-4 dərəcə isti, 30-da gecə və gündüz 2-4 dərəcə isti, axşam 3 dərəcə şaxta, 31-də isə 1-3 dərəcə şaxta təşkil edəcək.

 

Şimal küləyinin güclənəcəyi, bəzi ərazilərdə yolların buz bağlayacağı gözlənilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR