Bank Of Baku

Azərbaycan ərazisində qar yağacaq, hava meteohəssas insanlar üçün əlverişsiz olacaq

Azərbaycan ərazisində qar yağacaq, hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
# 24 dekabr 2012 10:39 (UTC +04:00)

 Güclü şimal-qərb küləyi axşama doğru mülayimləşəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 1 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 1-3 dərəcə isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında dekabrın 25-də havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

 

Havanın temperaturu gecə 2 dərəcə  şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 6-11, yüksək dağlıq ərazilərdə 12-17, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

 

Dekabrın 24-25-də Bakı və Abşeron yarımadasında şimal küləyinin yaratdığı soyuq diskomfort hava şəraiti bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR