Bank Of Baku

Azərbaycan ərazisində Ramazan bayramı günlərinin hava proqnozu açıqlanıb

Azərbaycan ərazisində Ramazan bayramı günlərinin hava proqnozu açıqlanıb
# 07 avqust 2013 10:30 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. Bakı və Abşeron yarımadasında avqustun 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, gün ərzinə bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək  çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 18-23, gündüz 25-30 dərəcə isti olacaq.

 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı,

Pirşağı, Nardaran, Bilgəhdə 23-24, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25, Türkan, Hövsan, Şıx, Sahildə 25-26 dərəcə isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında avqustun 8-də şimal rayonlarından başlayaraq şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

 Havanın temperaturunun gecə 18-23, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

 

Ramazan bayramı günlərində - avqustun 8-də gecə və səhər əsasən respublikanın şimal rayonlarında, gündüz isə ayrı-ayrı yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, axşam dağlıq və dağətəyi rayonlarda yağışın leysan xarakterli olacağı  gözlənilir.

 

Avqustun 9-da əsasən gecə və səhər saatlarında bəzi rayonlarda hava şəraitinin yağışlı olacağı, avqustun 10-da gündüz yağışın tədricən kəsiləcəyi gözlənilir.

 

Avqustun 11-də əksər rayonlarda hava şəraitinin yağmursuz keçəcəyi, temperaturun ötən günlərlə müqayisədə 3-5 dərəcə yüksələcəyi gözlənilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR