Bank Of Baku

Azərbaycan ATƏT-in Albaniyada keçirilən “Dözümlülük və qeyri ayrı-seçkilik” Yüksək Səviyyəli Konfransında iştirak edib

Azərbaycan ATƏT-in Albaniyada keçirilən “Dözümlülük və qeyri ayrı-seçkilik” Yüksək Səviyyəli Konfransında iştirak edib
# 30 may 2013 16:42 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Albaniyada “Dözümlülük və qeyri ayrı-seçkilik” mövzusunda ATƏT-in Yüksək Səviyyəli Konfransı keçirilib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konfransda 57 ölkədən nümayəndə heyətləri və beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.

 

Tədbirdə çıxış edən Ombudsman Aparatının şöbə müdiri Zaur Əliyev Azərbaycan Ombudsmanının ayrı-seçkiliyə məruz qalmamaq hüququnun təmin edilməsi sahəsində fəaliyyəti barədə məlumat verib. Konfransda Azərbaycan Ombudsmanının ayrı-seçkiliyə məruz qalmamaq hüququnun təmini sahəsində fəaliyyətinə dair xüsusi bəyanatı yayılıb.

 

ATƏT-də Ermənistan nümayəndə heyəti rəhbərinin müavini V.Gevorqyan isə çıxışında Azərbaycanda tolerantlıq mühitinin olmadığını və buna sübut kimi yazıçı Əkrəm Əylislinin təqib edildiyini, azərbaycanlı zabit Ramil Səfərovun cinayət törətməsinə baxmayaq, ekstradisiya olunaraq azadlığa buraxılmasının yolverilməzliyini, həmçinin Azərbaycan tərəfinin zorakılığa meylli bəyanatlarla çıxış etməsinin ATƏT-in prinsiplərinə zidd olduğunu söyləyib.

 

Erməni nümayəndəsinin dediklərinə münasibət bildirən Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili Aparatının şöbə müdiri Zaur Əliyev isə yazıçı Ə.Əylislinin məlum əsərində tarixi faktları təhrif etdiyinə baxmayaraq, onun bu gün də Bakıda əvvəlki kimi sakit tərzdə yaşamaqda davam etdiyini, ona qarşı hər hansı təqibin, yaxud ayrı-seçkiliyin olmadığını vurğulayıb. O bildirib ki, Azərbaycanın 20% torpaqlarının Ermənistan tərəfindən işğal edilməsinə baxmayaraq, bu gün respublikada yüz minə yaxın erməni yaşayır və onlar Azərbaycan cəmiyyətinin tərkib hissəsidir. Lakin Ermənistanda bir nəfər də olsa, azərbaycanlı yoxdur, halbuki 1988-ci ilədək qonşu ölkədə 500 mindən çox azərbaycanlı yaşayıb. Ombudsmanın nümayəndəsi R.Səfərovla bağlı məsələyə də aydınlıq gətirib.

 

Z.Əliyevin çıxışından sonra sessiyanın aparıcısı, Almaniyanın ATƏT-də nümayəndəliyinin rəhbərinin müavini M.Georg Ermənistan nümayəndəsinə deyilənlərə münasibət bildirmək üçün söz versə də, erməni nümayəndə çıxış etməkdən imtina edib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR