Bank Of Baku

Azərbaycan paytaxtının bütün sürüşmə sahələrində monitorinqlərə başlanılıb

Azərbaycan paytaxtının bütün sürüşmə sahələrində monitorinqlərə başlanılıb
# 30 sentyabr 2013 07:51 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının rəisi Bəxtiyar Qaralov APA-ya açıqlamasında bildirib ki, ötən gündən başlayan monitorinqlər 1 həftə ərzində davam edəcək.

 

Onun sözlərinə görə, monitorinqlər zamanı Bakının 7 əsas sürüşmə sahəsində - Badamdar, Bayıl, Əhmədli-1, Əhmədli-2, Zığ, Qaraçuxur, Masazırdakı mövcud vəziyyət yoxlanılacaq. B.Qaralov qeyd edib ki, monitorinqlərin aparılmasında məqsəd sürüşmə sahələrində mövcud vəziyyəti öyrənmək və hər hansı bir hallara qarşı əvvəlcədən tədbirlər görməkdən ibarətdir. O vurğulayıb ki, monitorinqlər zamanı sürüşmə sahələrində hansısa təhlükəli vəziyyət aşkar edilərsə bu barədə hökumətə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR