Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Pensiya təminatı sisteminin islahatı Konsepsiyası layihəsinin hazırlanması haqqında sərəncam imzalayıb.
APA-nın verdiyi xəbərə görə, Azərbaycan Nazirlər Kabinetinə tapşırılıb ki, pensiya təminatı sisteminin islahatı Konsepsiyasının layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin.