Bank Of Baku

Azərbaycan Qızıl Aypara Cəmiyyəti İsmayıllı rayonunda Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünü qeyd edib - FOTO

Azərbaycan Qızıl Aypara Cəmiyyəti İsmayıllı rayonunda Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünü qeyd edib - <span style="color: red;">FOTO
# 07 may 2014 07:19 (UTC +04:00)

Bakı-APA. Azərbaycan  Qızıl  Aypara  Cəmiyyəti  İsmayıllı  Rayon  İcra  Hakimiyyəti  ilə  birgə ümummilli lider Heydər  Əliyevin  anadan  olmasının  91-ci  ildönümünə  və  8  may “Beynəlxalq Qızıl  Xaç  və  Qızıl  Aypara  Hərəkatı”  gününə həsr  olunmuş  təntənəli mərasim keçirib.

 

Cəmiyyətdən APA-ya verilən məlumata görə, bu münasibətlə keçirilən tədbirlər  respublikanın  demək  olar  ki,  bütün  bölgələrini  əhatə  edir.  AzQAC-ın bu  tədbiri  Azərbaycanın  dilbər  guşəsi  olan  İsmayıllı rayonundan  başlanıb. Tədbir iki hissədən ibarət olub. İlk olaraq AzQAC-ın prezidenti, millət vəkili Novruz Aslanov, İsmayıllı rayonun İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov və digər nümayəndələr Heydər  Əliyevin heykəlinin qarşısına əklillər qoyaraq  xatirəsini yad ediblər. Bununla yanaşı İsmayıllı rayonun 100 nəfər orta məktəb şagirdi xüsusi geyimdə Beynəlxalq Qızıl  Xaç  və  Qızıl  Aypara  Hərəkatına dair əyani vəsaitlərlə bu tədbirə qatılaraq, rayonun mərkəzi küçəsində yürüş ediblər. Tədbirin ikinci hissəsi “Uşaq yaradıcılıq Mərkəzində” davam edib.

 

Sonra tədbirin rəsmi hissəsi İsmayıllı Gənclər Mərkəzində davam edib. Azərbaycanın Dövlət himni səslənib. BQXQA Hərəkatına aid olan film nümayiş ediləndən sonra  çıxış üçün söz AzQAC-ın prezidenti, millət vəkili Novruz Aslanova  verilib.  Novruz Aslanov öz çıxışında, İsmayıllı rayon icra başçısı Mirdaməd Sadıqova tədbirin təşkilinə dəstək verməsi üçün minnətdarlığını bildirib.

 

Tədbirdə gənc könüllülər Fövqəladə hallara hazırlıq, İlk yardıma aid maarifləndirmə yönümlü səhnəciklər, rəsm əsərlərini və inşa yazılarını təqdim ediblər. İsmayıllı rayonu “Uşaq yaradıcılıq Mərkəzi”nin musiqi ansamblının ifasında mahnılar səsləndirilib.

 

Sonda AzQAC-ın inkişafında xüsusi xidmətlərinə görə İsmayıllı rayonun bir neçə şəxsinə Fəxri fərmanlar və təşəkkürnamələr təqdim olunub. Bu şəxslər arasında 95 ilini qeyd edən AzQAC-ın fədakar tibb bacısı  Şirmai Mirzəliyeva da var idi. Həmçinin tədbirdə fəallıq göstərən bütün könüllülərə hədiyyələr verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR