Bank Of Baku

Azərbaycan Sverdlovsk vilayətində loqistika mərkəzi tikəcək

Azərbaycan Sverdlovsk vilayətində loqistika mərkəzi tikəcək
# 30 iyul 2013 14:02 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Azərbaycan Sverdlovsk vilayətində loqistika mərkəzi tikmək niyyətindədir. APA-nın “Uralinform” agentliyinə istinadən verdiyi məlumata görə, bu Azərbaycanın Sverdlovsk vilayətində ilk sərmayə layihəsi olacaq. Loqistika  mərkəzinin tikilməsi Urala yüksək keyfiyyətə malik meyvələrin və tərəvəzlərin tədarükünü həyata keçirtməyə imkan yaradacaq.

 

Azərbaycanın Yekaterinburqdakı baş konsulu Sultan Qasımov vilayətin baş nazirin müavini Aleksey Orlov ilə görüşdə bildirib ki, Azərbaycanın kənd təsərrüfat məhsulların Sankt-Peterburqa və Moskvaya tədarükü artıq təmin edilib, Uralda isə bunun üçün böyük potensial mövcuddur.

 

A.Orlov isə öz növbəsində Azərbaycan tərəfinin təşəbbüsünü aktual adlandırıb: “Bu çox yaxşı sərmayə layihəsidir. Bunun sayəsində vilayətin büdcəsi artacaq, iş yerləri açılacaq, bölgənin sakinləri yüksək keyfiyyətli məhsullarla təmin olunacaq”.

 

Görüş zamanı A.Orlov və S.Qasımov eyni zamanda turizm sahəsində əməkdaşlığın genişləndirməsi məsələsini də müzakirə ediblər.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR