Bakı. Könül Kamilqızı – APA. İran İslam Respublikasının Elmi Tələbə Mərkəzi tərəfindən 12-15 avqust tarixlərində tələbələr arasında riyaziyyat və kimya olimpiadası keçiriləcək.
Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, Azərbaycan həmin olimpiadada riyaziyyat və kimya fənləri üzrə maksimum 5 tələbə və iki müəllimlə birlikdə komanda formasında iştirak edə bilər. İranda qalma və yemək xərcləri təşkilatçı tərəfindən, yol xərcləri isə iştirakçılar tərəfindən ödənilir.
Ətraflı məlumat olimpiadanın saytında http:olympiad.sanjesh.org/en/index.asp yerləşdirilib. Olimpiadaya dair suallarla [email protected]elektron poçtuna müraciət etmək olar.