Bakı. Viktoriya Dementyueva – APA. Azərbaycan və İndoneziyanın Konstitusiya məhkəmələrinin rəhbərləri Fərhad Abdullayev və Məhəmməd Mahfud qarşılıqlı anlaşma və əməkdaşlıq barədə Memorandum imzalayıblar. APA-nın xəbərinə görə, sənəd F. Abdullayevin İndoneziyaya səfəri zamanı Cakartada imzalanıb.
M. Mahfud Memorandumun önəmindən bəhs edərək Azərbaycan tərəfi ilə məhsuldar əməkdaşlıq və təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.