Bank Of Baku

Azərbaycan və Türkiyə təhsil nazirləri birgə bəyanat yayıblar - FOTOSESSİYA

Azərbaycan və Türkiyə təhsil nazirləri birgə bəyanat yayıblar - <span style="color: red;">FOTOSESSİYA
# 22 may 2013 12:10 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov və Türkiyənin milli təhsil naziri Nəbi Avcı Bakıda bir araya gələrək təhsil sahəsində iki ölkə arasında əməkdaşlıq məsələsini müzakirə ediblər. APA-nın xəbərinə görə, nazirlərin görüşü ilə bağlı birgə bəyanat açıqlanıb.

 

Bəyanatda deyilir ki, ilk dəfə olaraq bir araya gəldikləri bu görüşdə nazirlər iki ölkə arasında bütün sahələrdə mövcud olan mükəmməl səviyyədəki əlaqələrin xarakterinə uyğun olaraq təhsil sahəsində bu günə qədər hərtərəfli şəkildə həyata keçirilən əməkdaşlığın irəlidə daha da inkişaf etdirilməsinin əhəmiyyəti ilə bağlı razılığa gəliblər. Bu çərçivədə, Mikayıl Cabbarov və Nəbi Avcı müştərək iradələrini irəli sürərək təhsil sahəsində qarşılıqlı təcrübə mübadiləsinə davam edilməsini və konkret layihələrin həyata keçirilməsinin səmərəli olacağına olan inamlarını vurğulayıblar. Eyni zamanda Mikayıl Cabbarov və Nəbi Avcı təhsil sahəsində əlaqələrin institusional strukturunu daha da gücləndirmək məqsədilə “Təhsil Sahəsində Əməkdaşlıq Haqqında Saziş” üzrə danışıqlar prosesini sürətləndirilməsi istiqamətində razılığa gəliblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR