Bank Of Baku

Azərbaycan və Ukrayna alimləri palçıq vulkanlarını birgə öyrənəcəklər

Azərbaycan və Ukrayna alimləri palçıq vulkanlarını birgə öyrənəcəklər
# 20 may 2013 09:23 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan və Ukrayna alimləri palçıq vulkanlarını birgə öyrənəcəklər. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun palçıq vulkanizmi şöbəsinin rəhbəri Adil Əliyevin APA-ya verdiyi məlumata görə, bu məqsədlə Ukrayna Milli Elmlər Akademiyasının akademiki Yevgeniy Şnyukovun rəhbərliyi altında nümayəndə heyəti Azərbaycana gəlib. A. Əliyev deyib ki, səfərin məqsədi Ukrayna Milli Elmlər Akademiyası ilə Geologiya İnstitutu arasında 2012-ci ildə imzalanmış saziş çərçivəsində palçıq vulkanlarının öyrənilməsidir.

 

Bir həftə davam edəcək səfər çərçivəsində Abşeron yarımadası, Şamaxı-Qobustan və Aşağı Kür çökəkliyində olan 10-dək palçıq vulkanına baxış keçiriləcək və palçıq vulkanlarının seysmikliklə əlaqəsi, geoloji neft-qazlılığı öyrəniləcək. İyun ayında isə Azərbaycan alimləri Kerç yarımadasındakı palçıq vulkanlarında tədqiqat aparacaqlar.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR