Bakı. Könül Kamilqızı – APA. İsveçrənin Lund Universitetinin hüquq fakültəsi tərəfindən 2013-2014-cü tədris ili üçün əqli mülkiyyət hüququ sahəsində ixtisaslar üzrə 2 illik magistratura proqramı təklif olunur. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, proqramda iştirak etmək üçün Azərbaycan vətəndaşları elektron formada doldurulmuş ərizə formasının çap olunmuş versiyası, ingilis dilinə tərcümə edilmiş və notarial qaydada təsdiq olunmuş diplomun və diploma əlavənin surətləri, sertifikatlar, ingilis dilini bilmə haqqında şəhadətnamə, xarici pasportun surəti (notarial qaydada təsdiq olunmuş), niyyət məktubu, tərcümeyi-hal və 2 tövsiyə məktubunu nazirliyə təqdim etməlidir.
Proqram haqqında daha ətraflı məlumatları və ərizə formalarını http://www.lunduniversity.lu.se/o.o.i.s/24968 internet səhifəsindən və ya Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsindən əldə etmək olar. Doldurulmuş ərizə forması və digər lazımi sənədlər 10 yanvar 2013-cü il tarixinədək Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə təqdim edilə bilər.