APA-nın məlumatına görə, bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib.
O qeyd edib ki, SSRİ dövründə Azərbaycanda təkcə 20 mindən artıq 10-dan çox uşağı olan qadın vardı. H.Rəcəbli deyib ki, bu gün Azərbaycanda il ərzində təxminən 90 min nikah bağlanır: “Eyni zamanda il ərzində təxminən 165 min uşaq dünyaya gəlir”.