Bank Of Baku

Azərbaycanda 1600 nəfər talassemiya, 1400 nəfər isə hemofiliya xəstəliyindən əziyyət çəkir

Azərbaycanda 1600 nəfər talassemiya, 1400 nəfər isə hemofiliya xəstəliyindən əziyyət çəkir
# 13 fevral 2013 12:30 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Azərbaycanda 1600 nəfər talassemiya, 1400 nəfər isə hemofiliya xəstəliyindən əziyyət çəkir. Bu barədə APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin B.Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Sultan Əliyev deyib. O bildirib ki, ölkədə həyata keçirilən dövlət proqramları çərçivəsində hər bir xəstə lazımi vəsaitlərlə təchiz olunur.

 

S.Əliyev Azərbaycanda hematologiya sahəsində müəyyən problemlərin olduğunu da qeyd edib: “Ona görə də ölkədə səhiyyə sahəsində həyata keçirilən 12-13 dövlət proqramının 3-ü hematologiya aiddir. Bu məsələ respublika üçün çox əhəmiyyətli bir problemdir. Qan tədarükü, qan banklarının fəaliyyəti, donorluğu necə stimullaşdırmağın yolları kimi məsələlər hər zaman əsas müzakirə edilən problemlərdir. Lakin qeyd etməliyik ki, əvvəllər donorluq məsələsi, qanın toplanması çox çətin idi. Amma son zamanlar insanlar özləri maraqlıdırlar ki, qan versinlər. Bunun nəticəsində donor insanların sayı da gündən-günə artsa da bunlar hələ ki kifayət deyil”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR