Bank Of Baku

Azərbaycanda 2013-2014-cü illərin ov mövsümü açıq elan edilib

Azərbaycanda 2013-2014-cü illərin ov mövsümü açıq elan edilib
# 31 may 2013 14:44 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentindən APA-ya verilən xəbərə əsasən, Azərbaycan ərazisində 2013-2014-cü illərin ov mövsümündə vəhşi heyvanların ovlanmasının müddətləri və normaları təyin edilib.

 

Buna əsasən, təkənin 1 iyun-19 oktyabr 2013-cü il tarixlərində 1 baş (3 nəfərdən az olmayan qrup ovçulara), qabanın (Çöl donuzu) 14 sentyabr-21 dekabr 2013-cü il 1 baş (3 nəfərdən az olmayan qrup ovçulara), dovşanın 9 noyabr 2013-cü il-11 yanvar 2014-cü il 2 baş, bataqlıq qunduzunun (nutriya) 12 oktyabr 2013-cü il-22 fevral 2014-cü il (volyerlərdə saxlamaq üçün) ovlanması müəyyənləşib.

 

Bununla əlaqədar vətəndaşları maraqlandıran əlavə məlumatların alınması və ov icazələrinin əldə edilməsi üçün aidiyyəti üzrə Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbələrinə müraciət oluna bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR