Bank Of Baku

Azərbaycanda 2013-2020-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə yeni Dövlət Proqramı təsdiq olunacaq

Azərbaycanda 2013-2020-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə yeni Dövlət Proqramı təsdiq olunacaq
# 12 fevral 2013 07:57 (UTC +04:00)

 

BAkı. Könül Kamilqızı - APA. Hazırda Azərbaycanın ümumtəhsil məktəblərinin 83 faizi, texniki-peşə müəssisələrinin 84 faizi, 56 dövlət orta ixtisas təhsil müəssisəsinin və ali məktəblərin hamısı kompüter avadanlığı ilə təmin olunub.

 

Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov APA-ya açıqlamasında deyib ki, hazırda respublikanın ümumtəhsil müəssisələrində 20 şagirdə 1 kompüter, dövlət ali məktəblərində isə hər 28 tələbəyə 1 kompüter düşür.

 

Onun sözlərinə görə, “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005–2007-ci illər)” və “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində təhsil müəssisələrinə 37 242 ədəd stolüstü kompüter, 2743 ədəd noutbuk və 2679 ədəd proyektor paylanıb: “Təhsil müəssisələri 300-ə yaxın interaktiv lövhələrlə təchiz edilib, eyni zamanda “Elektron Məktəb” layihəsinə daxil olan 15 ümumtəhsil müəssisələrinə “1 şagird - 1 kompüter” layihəsi çərçivəsində 2200-dən çox netbuk və simsiz genişzolaqlı, filtrasiyalı internetə çıxış imkanına malik olan USB tipli modemlər verilib.

 

S.Məmmədov qeyd edib ki, təhsilin informasiyalaşdırılması üzrə fəaliyyət istiqamətlərini “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında geniş əks olunub: “Belə ki, konsepsiyada Azərbaycan Respublikasının “2013-2020-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi qeyd edilib. Bu məqsədlə Dövlət Proqramının layihəsi hazırlanıb və yaxın müddət ərzində bu sənədin təsdiqi gözlənilir. Bundan əlavə, informasiya texnologiyalarının təhsil sistemində tətbiqi istiqamətində görülən işlərin davam etdirilməsi, məktəblərin kompüterləşdirilməsi, infrastrukturun inkişafı, pedaqoji heyətin İKT üzrə təlimlərə cəlb etdirilməsi, elektron tədris resurslarının hazırlanması davam etdiriləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR