Bank Of Baku

Azərbaycanda 484 obyektin nadir geoloji obyektlər siyahısına daxil edilməsi təklif olunur

Azərbaycanda 484 obyektin nadir geoloji obyektlər siyahısına daxil edilməsi təklif olunur
# 27 dekabr 2012 10:33 (UTC +04:00)

 

Bakı. Kəmalə Quliyeva - APA. “Azərbaycanda nadir geoloji obyektlər siyahısına daxil edilmək üçün təklif olunan 484 geoloji obyekt var”. APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Geologiya İnstitutunun direktoru Akif Əlizadə institutun illik hesabat iclasında deyib.

 

Onun sözlərinə görə, bu obyektlərdən 11-i unikal dünya səviyyəli, 31 obyekt Qafqaz regionu səviyyəli, 82 obyekt isə ölkə səviyyəlidir.


A.Əlizadə deyib ki, ölkədə ilk dəfə olaraq nadir geoloji obyektlərin geokonservasiyasının elmi əsasları hazırlanıb: “Azərbaycan beynəlxalq səviyyəli milli geoparkların yaradılması baxımından böyük potensiala malikdir. İlk növbədə Binəqədi və Yanardağ da daxil olmaqla Abşeronun qədim neft mədənlərində, Culfa, Xaltan və Basqalda milli geoparkların yaradılması daha məqsədəuyğundur”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR