Bank Of Baku

Azərbaycanda "Ali təhsil pilləsinin dövlət standartı və proqramı"nda dəyişikliklər edilib

Azərbaycanda "Ali təhsil pilləsinin dövlət standartı və proqramı"nda dəyişikliklər edilib
# 10 dekabr 2012 09:36 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanda "Ali təhsil pilləsinin dövlət standartı və proqramı"nda dəyişikliklər edilib. APA-nın Nazirlər Kabinetinin (NK) rəsmi saytına istinadən xəbərinə görə, dəyişiklik "Təhsil haqqında" qanunun tətbiq edilməsi barədə" ölkə prezidentinin fərmanına əsasən və Təhsil Nazirliyinin təklifini nəzərə alınmaqla qəbul edilib. Dəyişikliyə əsasən, ali təhsil pilləsinin tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyənləşdirilir və bir kredit 30 saata bərabərdir.

 

Sənədə edilmiş digər dəyişikliyə əsasən isə, əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftə müəyyən edilib. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR