Bank Of Baku

Azərbaycanda bayram günlərinin hava proqnozu açıqlanıb

Azərbaycanda bayram günlərinin hava proqnozu açıqlanıb
# 28 dekabr 2012 10:27 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, Bakı və Abşeron yarımadasında dekabrın 30-dan 31-nə keçən gecə və səhər havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi axşama doğru nisbətən mülayimləşəcək.

 

Dekabrın 31-i axşam, 31-dən yanvarın 1-nə keçən gecə və yanvarın 1-də gün ərzində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturunun axşam 1-3 dərəcə isti, gecə 0-2 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

 

Bayram günləri ilə bağlı hər gün yenilənmiş məlumat təqdim olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR