Bank Of Baku

Azərbaycanda dəyişkən buludlu hava şəraiti gözlənilir

Azərbaycanda dəyişkən buludlu hava şəraiti gözlənilir
# 17 noyabr 2013 10:05 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova – APA. Bakı və Abşeron yarımadasında noyabrın 18-də havanın dəyişkən buludlu, axşam tutqun olacağı gözlənilir. Mülayim cənub küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 7-10, gündüz 14-18 dərəcə isti təşkil edəcək.

 

Əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, Lənkəran-Astara zonasında yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR