Azərbaycanda doktorant və dissertantlar ilk dəfə olaraq kompüter vasitəsilə imtahan verib

Azərbaycanda doktorant və dissertantlar ilk dəfə olaraq kompüter vasitəsilə imtahan verib
# 03 avqust 2013 08:25 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda doktorant və dissertantların informatika fənni üzrə doktorluq imtahanlarının qəbulunda ilk dəfə olaraq kompüter test sistemi tətbiq edilib. APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin (TİM) rəhbəri Rəsmiyyə Mahmudova yarım il ərzində görülən işlər və həyata keçirilən layihələrlə bağlı açıqlanan hesabat barədə danışarkən deyib. Mərkəzin rəhbəri doktorant və dissertantlardan informatika fənni üzrə doktorluq imtahanlarının qəbulunda ilk dəfə olaraq tətbiq edilən kompüter test sisteminin üstünlüklərindən danışaraq semestr ərzində (iyunun 24-dən iyulun 9-na qədər) bu üsulla 678 nəfərin imtahan verdiyini qeyd edib. O, bu sistemin imtahan prosesinin daha şəffaf keçirilməsi, nəzəri və praktiki biliklərin daha operativ olaraq yoxlanılıb qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.


Hesabat iclasında “Onlayn təhsilin iqtisadiyyatı və idarəedilməsi”, “Uşaq və yeniyetmələrin İnternetdə təhlükəsizliyinin təmin edilməsi” və s. problemlərlə bağlı araşdırmaların aparılmasının vacibliyi vurğulanıb, müvafiq tövsiyələr verilib. Bundan əlavə, Tədris-İnnovasiya Mərkəzində respublikanın doktorant və dissertantlarının anket məlumatları əsasında yaradılmış informasiya sistemi üzərində monitorinq aparılaraq müxtəlif analitik icmal və bülletenlərin, sorğu kitablarının hazırlanmasının məqsədəuyğunluğu qeyd edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR