Bank Of Baku

Azərbaycanda əlil gənclərin həyat şəraitinin yaxşılaşdırılması üçün işlər aparılır

Azərbaycanda əlil gənclərin həyat şəraitinin yaxşılaşdırılması üçün işlər aparılır
# 03 sentyabr 2013 09:14 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Azərbaycanda əlil gənclərin həyat şəraitinin yaxşılaşdırılması üçün işlər aparılır.

 

APA-nın verdiyi xəbərə görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov Gənclər və İdman Nazirliyinin bu ilin yanvar-avqust aylarındakı fəaliyyətinə həsr olunan mətbuat konfransında deyib.

 

Nazir vurğulayıb ki, əlillərin iştirakı ilə müxtəlif festivallar həyata keçirilir: “Bir müddət öncə ölkəmizdə onlar üçün yetərincə şərait yaradılmamışdı. Çünki nə əlil arabaları, nə də küçədə olan pilləkənlər əlillər üçün yetərincə deyildi. Yəni şəraitsizlik ucbatından onlar bayıra çıxmırdılar. Ancaq indi artıq bu problemlər aradan qaldırılır. Sumqayıtda olan Paralimpiya kompleksi əlillər üçün çox gözəl bir şansdır. Bundan başqa, regionlarda əlillər üçün müəyyən layihələr nəzərdə tutulub. Çalışırıq ki, tədbirlərdə, layihələrdə onların iştirakını artıraq”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR