Bank Of Baku

Azərbaycanda əlillər üçün yeni pansionatlar açılacaq

Azərbaycanda əlillər üçün yeni pansionatlar açılacaq
# 27 avqust 2013 12:06 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına (2011-2013-cü illər) uyğun olaraq, 2011-ci ildə Zabrat qəsəbəsində Gözdən əlillər üçün Tədris Bərpa Mərkəzinin, Yetkinlik yaşına çatmayanlar üçün 50 yerlik İxtisaslaşdırılmış Sosial Reabilitasiya Mərkəzinin və Sosial Sığınacağın inşasına başlanıb.

 

«APA-Economics»in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının veb-saytına müsahibəsində əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov bildirib.

 

Onun sözlərinə görə, həmçinin, Bilgəhdə müharibə və əmək əlilləri üçün pansionatın əsaslı təmiri və pansionat üçün 5 mərtəbəli 170 yerlik ikinci korpusun tikintisi, Ramana qəsəbəsində Gənc Əlillərin Əmək və İstirahət Evində təmir-bərpa işləri, Bakı Protez-Ortopedik Bərpa Mərkəzində əsaslı təmir işləri aparılır.

 

F.Ələkbərov bildirib ki, 2013-cü ildə həmin obyektlərin istifadəyə verilməsi planlaşdırılır: «Bununla yanaşı, Bakı şəhərində 50 yerlik müvəqqəti Sosial Sığınacağın və İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin inzibati binasının, penitensiar müəssisələrdə cəza çəkmiş şəxslər üçün Qobustan rayonunda 50 yerlik Sosial Adaptasiya Mərkəzinin, Gəncə, Şəki və Masallı şəhərlərində əlillərin texniki vasitələrinin təmiri üçün xüsusi emalatxanaların, Mingəçevir şəhərində Çernobıl əlilləri üçün İxtisaslaşmış Reabilitasiya Mərkəzinin, Gəncə şəhərində, Ağcabədi, Quba, Masallı, Şəki, Tovuz, İsmayıllı və Salyan rayonlarında yetkinlik yaşına çatmayan kimsəsiz uşaqlar üçün hər biri 30 yerlik İxtisaslaşdırılmış Reabilitasiya Mərkəzləri və hər biri 25 yerlik Sosial Sığınacaqların inşası üçün layihə-smeta sənədləri hazırlanıb. Yaxın vaxtlarda həmin obyektlərin inşası planlaşdırılır».

 

F. Ələkbərov qeyd edib ki, ölkədə əlillər üçün bərpa-müalicə şəbəkəsinin daha da genişləndirilməsi üçün İsmayılı və Quba rayonlarında da Əlillərin Bərpa Mərkəzlərinin, həmçinin Xəzər rayonunda Ruhi-Əsəb İnternat Evinin tikintisi, habelə Respublika Əlillərin Bərpa Mərkəzinin, Şağan Müharibə Əlilləri üçün Müalicə Pansionatının, Mərdəkan Müalicə Pansionatının əsaslı təmiri üçün layihə-smeta sənədləri hazırlanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR