Bank Of Baku

Azərbaycanda əlillərə yeni avtomobillər təqdim edilib - APA TV

Azərbaycanda əlillərə yeni avtomobillər təqdim edilib - <span style="color: red;">APA TV
# 18 sentyabr 2013 08:50 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu gün Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Qarabağ və Çernobıl əlillərinə avtomobillərin təqdim edilməsi mərasimi keçirilib.

 

«APA-Economics»in məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun da iştirak etdiyi tədbirdə əlillərə 40 ədəd avtomobil bağışlanıb.

 

Ümumiyyətlə, bir neçə gün ərzində Nazirlik tərəfindən ölkənin müxtəlif şəhər və rayonlarında 180 ədəd «NAZ-Lifan» markalı avtomobilin müharibə əlillərinə verilməsi nəzərdə tutulub.

 

Nazir F.Ələkbərov bildirib ki, ilin sonuna qədər 250 nəfər əlilə avtomobilin verilməsi planlaşdırılır.

 

Qeyd edək ki, 2003-2013-cü illər ərzində əlillərə 2 800-dən çox, 1998-ci ildən bu günə kimi isə 3 800 ədəd minik avtomobili verilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR