Bank Of Baku

Azərbaycanda ət, süd və yumurta istehsalı artıb

Azərbaycanda ət, süd və yumurta istehsalı artıb
# 15 noyabr 2013 15:45 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu il noyabrın 1-nə kimi Azərbaycanda tarlalardan qarğıdalı ilə birlikdə 2938,8 min ton taxıl, 992,2 min ton kartof, 1191,1 min ton tərəvəz, 691,2 min ton meyvə və giləmeyvə, 429,7 min ton bostan məhsulları, 142,8 min ton üzüm, 3,3 min ton tütün, 87,0 min ton şəkər çuğunduru, 549,9 ton yaşıl çay yarpağı, 31,5 min ton pambıq toplanıb.

 

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə dənli və dənli paxlalı istehsalı 4,9%, kartof istehsalı 2,5%, tərəvəz istehsalı 0,1%, meyvə və giləmeyvə istehsalı 3,9%, bostan məhsulları istehsalı 0,5%, üzüm istehsalı 14,5% artıb.

 

İlin əvvəlindən keçən vaxt ərzində diri çəkidə 402,7 min ton ət, 1528,9 min ton süd, 1160,2 mln. ədəd yumurta və 16,5 min ton yun istehsal olunub. 2012-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 4%, süd istehsalı 6,4%, yumurta istehsalı 16,3%, yun istehsalı 2,3% artıb.

 

Beləliklə, bitkiçilik məhsulları istehsalı 3,8%, heyvandarlıq məhsulları istehsalı 5,6%, kənd təsərrüfatının ümumi məhsulu isə 4,7% ötən ilki səviyyədən yüksək olub.

 

Kənd əməkçiləri gələn ilin məhsulu üçün 792,3 min hektar sahədə şum qaldırılıb, 444,8 min hektar sahədə dən üçün taxıl, o cümlədən 272,7 min hektar sahədə buğda, 172,1 min hektar sahədə arpa səpiblər. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR